Zelenski: Ukrayna Rusiya ilə üçtərəfli danışıqlara hazırdır


Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan ərazisində Rusiya ilə danışıqlara hazır olduqlarını bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonra danışıb.

Zelenski qeyd edib ki, tərəflər sülh təşəbbüslərini də müzakirə ediblər: “Rusiyanın bu ədalətsiz müharibəyə son qoymaq üçün iradə nümayiş etdirməsi Ukrayna üçün son dərəcə vacibdir. Biz tərəfdaşlarımızın vasitəçilik səylərini yüksək qiymətləndiririk”.

O əlavə edib ki, Ukrayna Azərbaycanda üçtərəfli danışıqlara hazırdır. Prezident xatırladıb ki, buna bənzər görüşlər daha əvvəl Türkiyə və İsveçrədə, həmçinin amerikalı tərəfdaşların iştirakı ilə keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ