İstanbulda minlərlə insanın gözlədiyi an! Ərdoğan düyməyə basdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ev Sahibi Türkiyə” şüarı ilə təqdim etdiyi “Əsrin Mənzil Layihəsi” ölkə tarixinin ən genişmiqyaslı sosial mənzil təşəbbüsü kimi icra olunur.

Turkustan.az xəbər verir ki, layihə çərçivəsində 81 vilayətdə ümumilikdə 500 min mənzilin tikilməsi və azı 2 milyon insanın daha təhlükəsiz, dayanıqlı və müasir yaşayış şəraiti ilə təmin edilməsi nəzərdə tutulur.

İstanbulda inşa ediləcək 100 min mənzil üçün püşkatma mərhələsinə start verilib. Vətəndaşlar uyğunluq vəziyyətlərini elektron hökumət sistemi üzərindən yoxlaya bilərlər. Püşkatma prosesi üç gün davam edəcək.

Mərasimdə çıxış edən Ərdoğan İstanbulun tarixi və strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu şəhər təkcə bir yaşayış məkanı deyil, həm də əsrlər boyu formalaşmış zəngin irsin simvoludur. O, yeni mənzillərdə yaşayacaq vətəndaşlara sağlam, huzurlu və firavan həyat arzulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ