KİV: İran beynəlxalq uçuşları bərpa edib, ilk uçuş İstanbula oldu


İran 28 fevralda ABŞ və İsrailin hücumları ilə başlayan müharibə səbəbindən dayandırılmış beynəlxalq uçuşları bərpa edib.

Turkustan.az xəbər verir ki, ilk təyyarə artıq İstanbula çatıb.

İran dövlət televiziyasının məlumatına görə, Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanı beynəlxalq uçuşlar üçün yenidən açılıb. İlk uçuş “Meraj” Hava Yolları ilə İstanbula həyata keçirilib. Bundan əlavə, Mədinə və Maskat şəhərlərinə də uçuşların təşkil olunduğu bildirilib.

Qeyd olunub ki, İran Mülki Aviasiya Təşkilatından lazımi icazələr alındıqdan sonra yaxın günlər üçün uçuş cədvəli yenilənəcək.

Xatırladaq ki, ABŞ və İsrailin hücumlarından sonra başlayan və 40 gün davam edən müharibə səbəbindən fevralın 28-dən etibarən İrandakı hava limanları bağlanmışdı. Münaqişə zamanı İranın hava limanları da hədəfə alınmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ