Şahzadə Harri Kiyevə səfər etdi: Ukraynanın mübarizəsinə dəstək bildirdi


Şahzadə Harri Kiyevə gözlənilməz səfər edərək Ukraynanın Avropanı Rusiyadan cəsarətlə və uğurla müdafiə etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Harri nəşrə verdiyi açıqlamada Ukraynaya qayıtmağın sevindirici olduğunu deyib və bildirib: “Avropanın şərq cinahını cəsarətlə və uğurla müdafiə edən Ukraynanın əhəmiyyətini unutmamalıyıq.”

Onun Kiyev Təhlükəsizlik Forumunda iştirakı gözlənilir. Sasseks hersoqu həmçinin beynəlxalq ictimaiyyətin Ukraynanın yaşadıqlarını unutmamasının vacibliyini vurğulayıb.

Bu səfər Şahzadə Harrinin Rusiyanın genişmiqyaslı işğalından bəri Ukraynaya üçüncü səfəri sayılır.

O, həmçinin mərhum anası Şahzadə Diananın dəstəklədiyi HALO Trust təşkilatını ziyarət etməyi və yaralı veteranların reabilitasiyasına dəstək verən Invictus Games Fondunun ukraynalı iştirakçıları ilə görüşməyi planlaşdırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ