Hörmüz bağlandıqdan sonra gərginlik artır: İki gəmi atəşə tutuldu


İran ordusu dünən açıldığı elan edilən Hörmüz boğazının yenidən bağlandığını açıqladı.

Turkustan.az xəbər verir ki, bəyanatda qərarın ABŞ-ın blokadası səbəbindən verildiyi bildirilib.

Bu partlayışdan sonra bölgədə gərginlik yenidən artıb. Britaniya mediası İranın patrul qayıqlarının Hörmüz boğazından keçməyə çalışan bir neft tankerinə və bir yük gəmisinə atəş açdığını bildirib. Tanker heyətinin təhlükəsiz olduğu bildirilib.

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı Hörmüz boğazı ilə bağlı mətbuat açıqlamasında bildirib ki, danışıqlarda əldə edilən razılığa əsasən, İran xoşməramlılıq əlaməti olaraq məhdud sayda mülki gəminin nəzarətli keçidini təsdiqləyib, lakin ABŞ "keçmişdə olduğu kimi" öz öhdəliklərinə əməl etməyib və dəniz blokadasını davam etdirib. Buna görə də Hörmüz boğazı yenidən bağlanıb və İran Silahlı Qüvvələri tərəfindən ciddi nəzarət altında olacaq.

Bəyanatda həmçinin vurğulanıb ki, İran gəmilərin ölkəyə sərbəst giriş-çıxışına icazə verənə qədər ABŞ Hörmüz boğazı üzərində sərt nəzarəti saxlayacaq.

Hörmüz boğazındakı blokada böhranı şiddətləndikcə, İranın Ali Lideri Müctəba Xamenei yeni bir açıqlama verdi. Xamenei açıqlamada "Dəniz Qüvvələrimiz düşmənlərimizə yeni və ağrılı məğlubiyyətlər verməyə hazırdır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ