Tramp: İranla bağlı blokada razılaşma əldə olunana qədər tam qüvvədədir


ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın dəniz blokadası Tehranla davamlı razılaşma əldə olunana qədər tam qüvvədə qalacaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp Truth sosial şəbəkəsində yazıb: " Hörmüz boğazı tam açıqdır və biznes və tam giriş üçün hazırdır, lakin İranın dəniz blokadası İranla müqaviləmiz 100% tamamlanana qədər tam qüvvədə qalacaq".

Onun bu açıqlamaları İran hökumətinin İsrail və Livan arasında atəşkəsdən sonra Hörmüz boğazının bütün gəmilər üçün açıq olduğunu bildirməsindən sonra verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ