ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) azalan sursat ehtiyatlarını doldurmaq üçün iri avtomobil istehsalçıları ilə əlaqə saxladığı bildirilir.
Turkustan.az xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası, xüsusən də avtomobil istehsalçılarının hərbi istehsalda daha böyük rol oynamasını istəyir.
Bu kontekstdə Pentaqon rəsmiləri Ford Motor şirkətinin baş direktoru Cim Farli və General Motors (GM) şirkətinin sədri və baş direktoru Meri Barra da daxil olmaqla, avtomobil sənayesinin yüksək vəzifəli rəhbərləri ilə görüşüblər.
Mənbələr iddia edir ki, Ukrayna və İrandakı müharibələr ABŞ-ın sursat ehtiyatlarını tükəndirib və buna görə də Pentaqon avtomobil şirkətlərinin köməyindən istifadə etməyi düşünür.
Aytən Yaşar/ Turkustan.az