ABŞ-İran görüşünün tarixi müəyyənləşdi? - Pakistandan açıqlama


Pakistan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında növbəti danışıqların tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bildirilib ki, İslamabad Vaşinqton və Tehran arasında rabitə kanallarını açıq saxlamaqda davam edir. Lakin tərəflər arasında növbəti görüşün vaxtı ilə bağlı konkret razılıq yoxdur.

Məlumata görə, Pakistanda keçirilən son danışıqlar nəticəsiz başa çatıb. ABŞ-ın vitse-prezidenti JD Vance də İslamabadda İranla aparılan birbaşa təmasların “razılaşma olmadan” yekunlaşdığını təsdiqləyib.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hücumlardan sonra bölgədə gərginlik artmış, daha sonra isə aprelin 8-də ABŞ və İran arasında atəşkəs əldə olunmuşdu.

İran tərəfi isə danışıqlarda ortaq çərçivənin formalaşmamasını Vaşinqtonun həddindən artıq tələbləri ilə əlaqələndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ