Cənubi Koreya hökuməti Yaxın Şərqdə baş verən hadisələr fonunda İrana 500 min dollarlıq humanitar yardım kampaniyasına başladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, The Chosun Daily nəşrinin Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, bu qərar Seuldan olan nümayəndə heyətinin həftəsonu İrana səfərindən sonra qəbul edilib.
Məlumata əsasən, Seul hökuməti beynəlxalq ictimaiyyətin, o cümlədən United Nations tərəfindən edilən çağırışlara cavab olaraq yardımı International Committee of the Red Cross vasitəsilə çatdırmağı planlaşdırır.
Rəsmi açıqlamada bildirilir ki, ayrılan vəsaitin bölgədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Cənubi Koreya mart ayında İsrailin hücumlarının davam etdiyi Livana da 2 milyon dollar həcmində humanitar yardım göndərmək qərarı vermişdi.
Aytən Yaşar/ Turkustan.az