Türkiyə Bolqarıstana başsağlığı verdi


Türkiyə Xarici İşlər Nazirliyi Bolqarıstanın Yanbolu şəhərində baş verən zəncirvari yol-nəqliyyat hadisələri nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasında noyabrın 10-da baş verən qəzalar nəticəsində insan tələfatının dərin kədər doğurduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, hadisə zamanı bir Türkiyə vətəndaşı da yaralanıb. Onun həyatı üçün təhlükə olmadığı vurğulanıb.

Türkiyə XİN qəza nəticəsində həyatını itirənlərin ailələrinə və Bolqarıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Aytən Yaşar/Turkustan.az
:::


MANŞET XƏBƏRLƏRİ