2027-ci ildə böyük sosial paket olacaq - Nazir


"2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək".

Turkustan.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında deyib.

Nazir xatırladıb ki, prezidentin təşəbbüsü ilə silsilə şəkildə ardıcıl olaraq Azərbaycanda sosial paket islahatları həyata keçirilib:

"Həmin islahatlar çərçivəsində ölkə üzrə minimum əməkhaqqı, minimum pensiyalar və müavinətlər dəfələrlə artırılıb. Onun əhatə dairəsi də orta hesabla paketin hansı ildə həyata keçirilməsindən asılı olaraq 2 milyondan 3 milyon insan arasında dəyişib. Biz çox kiçik dövr ərzində minimum əməkhaqqını 130 manatdan 400 manata çatdırmışıq. Minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Növbəti ildə böyük sosial paket həyata keçiriləcək. Sosial parketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyənləşdirilib. Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada ölkə başçısına təqdim edildikdən, müvafiq sərəncam və fərmanlar imzaladıqdan sonra həmin vəsaitlərin müvafiq maddələr bölgüsü aparılacaq".


MANŞET XƏBƏRLƏRİ