İtaliyada 300-dən çox məktəbə göndərilən anonim bomba təhdidləri minlərlə şagirdin təxliyəsinə səbəb olub.
Turkustan.az xəbər verir ki, İtaliya Təhsil Nazirliyinin məlumatına görə, ölkə üzrə 300-dən çox məktəbə partlayıcı maddələrlə bağlı təhdidlər ehtiva edən elektron məktublar göndərilib.
Təhdidlərdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib, paytaxt Roma da daxil olmaqla, bir sıra şəhərlərdə məktəblər və uşaq bağçaları boşaldılıb.
Hadisə ilə əlaqədar Şotlandiya və İrlandiyadakı bəzi təhsil müəssisələrində də təhlükəsizlik tədbirləri görülüb.
Aytən Yaşar/Turkustan.az
:::