Perunun paytaxtı Lima şəhərindəki Xorxe Çaves Beynəlxalq Hava Limanında aparılan yoxlamalar zamanı böyük vəhşi təbiət qaçaqmalçılığı əməliyyatı aşkarlanıb.
Turkustan.az xəbər verir ki, Almaniyaya uçmağa hazırlaşan üç sərnişinin baqajında minlərlə diri hörümçək və 3000-dən çox hörümçək yumurtası aşkar edilib.
Hadisə noyabrın 3-də hava limanında keçirilən müntəzəm yoxlamalar zamanı üzə çıxıb.
Baqajlara baxış zamanı polis əməkdaşları corabların içərisində plastik qablara yerləşdirilərək gizlədilmiş yetkin tarantulalar, yeni çıxmış hörümçək balaları və 3000-dən çox hörümçək yumurtası tapıblar.
Məlum olub ki, hər corabın üzərində içərisindəki hörümçək növünün adı qeyd olunan etiket olub.
Müsadirə edilən hörümçəklərin Perunun müxtəlif bölgələrindən, o cümlədən Junin, Loreto, Kajamarca, Kusko və La Libertad ərazilərindən toplandığı müəyyən edilib.
Aytən Yaşar/Turkustan.az