Ukrayna Rusiyaya hücum etdi: Ölənlər var


Ukraynanın Rusiyanın Smolensk vilayətinə gecə saatlarında həyata keçirdiyi dron hücumu nəticəsində iki nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, Smolensk vilayətinin qubernatoru Vasili Anoxin sosial şəbəkə hesabında bölgənin gecə ərzində intensiv pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qaldığını bildirib.

Anoxinin sözlərinə görə, 37 dron hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Lakin vurulan PUA-ların qalıqları Yartsevo şəhərində çoxmərtəbəli yaşayış binasına düşərək yanğına səbəb olub.

Qubernator hücum nəticəsində iki nəfərin həyatını itirdiyini bildirib. Binadan təxliyə olunan sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzinin yaradıldığını da qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Moskva da daxil olmaqla, ölkənin müxtəlif bölgələri üzərində 627 Ukrayna dronu məhv edilib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ