Səudiyyə Ərəbistanı Türkiyə ilə yeni nəqliyyat sazişini təsdiqlədi


Səudiyyə Ərəbistanı Türkiyə ilə dəmir yolu sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə ilə dəmir yolu sektorunda əməkdaşlıq məsələsi Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

İclasda Səudiyyə Ərəbistanının Nəqliyyat Baş İdarəsi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında dəmir yolu sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu təsdiqlənib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ