Xəzərdə görünən naməlum varlığın nə olduğu açıqlandı – VİDEO


Azərbaycan mediasında “Xəzərdə naməlum varlıq göründü” başlıqlı xəbər yayılıb. Lakin görüntülərin 2024-cü ildə çəkildiyi bildirilib. İddia edilir ki, kadrlardakı naməlum varlıq balinadır.

Bəs naməlum varlıq olduğu deyilən canlı əslində nədir?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, bu, COP29 öncəsi baş verən hadisə idi:

“COP29-da təbiətin, canlıların, xüsusən də dəniz canlılarının qorunmasına diqqət çəkmək üçün belə bir addım atılmışdı. Orada heç bir mif, qeyri-adi və ya naməlum varlıq yoxdur. Sadəcə, balina maketidir. Bakı bulvarında da guya balina üzə çıxmışdı, sonra bəlli oldu ki, maketdir”.

Ekoloq görüntülərin yenidən yayılmasının səbəbini belə izah edib:

“Türkiyənin Antalya şəhərində COP31-in açılışı olub. Görüntülərin yenidən yayılmasının bir səbəbi də budur. Fikrimcə, COP31 ərəfəsi videonun gündəmə gətirilməsi təsadüfi deyil. Təbiət, canlılar qorunmalıdır”.


MANŞET XƏBƏRLƏRİ