Rusiya-Moldova münasibətlərində yeni gərginlik: Diplomat ölkədən çıxarılır


Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyinin əməkdaşlarından birini “persona non grata” elan edib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada Moldovanın oktyabr ayında öz ərazisində pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə əlaqədar Rusiya diplomatını “persona non grata” elan etdiyi xatırladılıb.

Bəyanatda Moldovanın bu addımının dostcasına jest olmadığı bildirilib. Rusiya XİN iddia edib ki, sözügedən PUA-nın Rusiya mənşəli olduğunu təsdiqləyən heç bir sübut yoxdur və buna görə də qərar əsassızdır.

Nazirlik əlavə edib ki, bu qərarın əsl məqsədi uzun müddətdir gərgin olan Rusiya-Moldova münasibətlərinə daha da zərər vurmaq və Kişinyovdakı Rusiya səfirliyinin fəaliyyətini çətinləşdirməkdir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ