Maldiv Prezidenti Məhəmməd Muizzu İsrail pasportu olan şəxslərin heç bir halda ölkəyə buraxılmayacağını və hökumətin bu məsələdə qətiyyətli mövqe tutduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Prezident Aparatının məlumatına görə, Muizzu hökumət tərəfindən parlamentə təqdim edilən mühüm qanunvericilik təklifləri ilə bağlı açıqlama verib.
Prezident xatırladıb ki, əvvəlki qadağaya əsasən, İsrail pasportu daşıyan şəxslərin Qəzzada 2023-cü ilin oktyabrında başlayan hərbi əməliyyatlar dayandırılana qədər Maldiv adalarına girişi məhdudlaşdırılmışdı. Yeni qanun layihəsi isə vəziyyətin dəyişməsindən asılı olmayaraq, İsrail pasportu olan şəxslərin ölkəyə girişini qeyd-şərtsiz qadağan etməyi nəzərdə tutur.
İsrailin Fələstin xalqına qarşı hərəkətlərini soyqırımı kimi qiymətləndirən Muizzu İsrail pasportu daşıyan şəxslərin Maldiv adalarına buraxılmasının qəbuledilməz olduğunu vurğulayıb.
Aytən Yaşar/Turkustan.az