ABŞ prezidenti Donald Trampın Pakistanda aparılan danışıqlar zamanı İranın uran təklifini rədd etdiyi iddia olunub.
Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin iki İran və bir ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, vitse-prezident JD Vance-in rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrandan uran zənginləşdirmə fəaliyyətini 20 il müddətinə dondurmağı və zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını tələb edib.
Hesabatda bildirilir ki, ABŞ-ın 20 illik fasilə tələbinə cavab olaraq İran uran zənginləşdirmə fəaliyyətini 5 il müddətinə müvəqqəti dayandırmağı təklif edib, lakin bu təklif Tramp tərəfindən qəbul edilməyib.
Digər tərəfdən, Tehran zənginləşdirilmiş uranın ixracını rədd edərək, mövcud ehtiyatların saxlanılması və yalnız zənginləşdirmə səviyyəsinin azaldılmasını təklif etdiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az