ABŞ-ın Hörmüz boğazında İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq etməsinə baxmayaraq, sahibi ABŞ sanksiyalarına məruz qalan Çinə məxsus “Rich Starry” gəmisi boğazdan keçib.
Turkustan.az xəbər verir ki, beynəlxalq gəmi izləmə veb saytı olan MarineTraffic-in məlumatlarına görə, Çinə məxsus bir gəmi ABŞ-ın blokada tətbiq edəcəyini açıqladığı Hörmüz boğazından keçib.
ABŞ-ın blokadasına baxmayaraq, Çin istehsalı olan “Rich Starry” gəmisi boğazdan uğurla keçib.
Beynəlxalq dəniz hərəkətini izləyən platforma MarineTraffic-in məlumatına görə, gəminin izlədiyi marşrut da qeydə alınıb.
ABŞ sanksiyalarına məruz qalan bir şirkətə məxsus “Rich Starry” adlı gəmi kimyəvi maddələrin daşınması üçün istifadə olunur və orta mənzilli tanker kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az