Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.
Turkustan.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərənin Vəngli 4 ailə (18 nəfər), Çıldıran 2 ailə (5 nəfər), Aşağı Oratağ 9 ailə (56 nəfər), Heyvalı 3 ailə (13 nəfər), Çapar 2 ailə (6 nəfər) və Xocalının Daşbulaq kəndlərinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.