Kamal Kılıçdaroğluna həbs cəzası verildi


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadəyə görə 11 ay 20 gün müddətinə həbs cəzasına məhkum edilib.

Turkustan.az xəbər verir ki, qərar Mersin Məhkəməsində çıxarılıb. Kılıçdaroğlu “Prezidenti təhqir etmək” maddəsi ilə təqsirli bilinib.

Onun vəkili Cəlal Çəlik qərarla razılaşmadıqlarını və hökmü apellyasiya instansiyasına daşıyacaqlarını bildirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ