Hizbullahın baş katibi Naim Qasım Livan hökumətini İsraillə birbaşa danışıqlardan imtina etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, o, canlı yayımda çıxışına xristianları dini bayram münasibətilə təbrik etməklə başlayıb.
Qasım bildirib ki, Livan “Böyük İsrail” layihəsinin hədəfindədir və ölkənin suverenliyinə sadiq olduqlarını vurğulayıb: “Heç kim bizə necə idarə olunacağımızı diktə edə bilməz”.
Hizbullah lideri qeyd edib ki, Livan hökumətinin təşkilatı İsrailə təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasının heç bir əsası yoxdur.
O əlavə edib ki, İsrailin məqsədi Livanın gücünü və müqavimətini zəiflədərək “Böyük İsrail” planını həyata keçirməkdir və bu istiqamətdə genişmiqyaslı plan mövcuddur.
Qasım həmçinin ABŞ-ın dəstəyi ilə İsrailin hücumlarını davam etdirdiyini iddia edərək bildirib ki, diplomatik səylər nəticə verməyib.
Sonda o vurğulayıb ki, Hizbullah təslim olmayacaq, hücumlara qarşı müqavimət göstərəcək və Livan hakimiyyəti ilə əməkdaşlığını davam etdirəcək.
Aytən Yaşar/ Turkustan.az