İran dövlət televiziyası ölkənin BMT-dəki daimi nümayəndəsi Səid İrəvaninin BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubu yayımlayıb.
Turkustan.az xəbər verir ki, məktubda İran ABŞ və İsrailin hücumları zamanı bəzi ölkələrin ərazilərindən istifadə etdiyinə dair sübutların daha əvvəl Şuraya təqdim olunduğunu xatırladıb. İrəvani bu dövlətlərin beynəlxalq öhdəlikləri pozduğunu iddia edərək, İrana dəymiş zərərin ödənilməsini tələb edib.
O bildirib ki, İran ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak etdiklərinə görə Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və İordaniyadan təzminat istəyir.
İran hökumətinin sözçüsü Fatma Mühacirani isə açıqlayıb ki, ilkin hesablamalara əsasən, ABŞ-İsrail hücumları nəticəsində dəymiş zərərin məbləği təxminən 270 milyard dollar təşkil edir.
Aytən Yaşar/ Turkustan.az