Səudiyyə Ərəbistanının, İranın alternativ ticarət marşrutlarını hədəf ala biləcəyindən ehtiyat edərək ABŞ-a İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasını ləğv etməsi üçün təzyiq göstərdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, adı açıqlanmayan Səudiyyə rəsmiləri Ər-Riyadın Vaşinqtonu İranla yenidən danışıqlara qayıtmağa çağırdığını bildiriblər.
Rəsmilər qeyd ediblər ki, ABŞ-ın tətbiq etdiyi blokadadan sonra İranın Bab əl-Məndəb boğazı kimi strateji ticarət yollarını hədəf alma ehtimalı narahatlıq doğurur.
Bununla yanaşı, Səudiyyə Ərəbistanındakı enerji rəsmiləri Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarından Bab əl-Məndəb boğazından keçən gəmilərə hücum etməmək barədə təminat aldıqlarını iddia ediblər. Lakin eyni mənbələr vəziyyətin qeyri-müəyyən olaraq qaldığını və husilərin daha aqressiv addımlar ata biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Aytən Yaşar/ Turkustan.az