ABŞ mediası gözlənilən xəbəri açıqladı: Türkiyə ilə bağlı diqqətçəkən detal


ABŞ və İran arasında nəticəsiz başa çatan danışıqlar marafonu prosesin tam dayandığı anlamına gəlmir.

Turkustan.az xəbər verir ki, ABŞ və region rəsmiləri tərəflərin yenidən danışıqlar masasına qayıda biləcəyini bildirir. Prezident Donald Tramp da Tehranın ABŞ-ın tələblərini qəbul edəcəyi təqdirdə birbaşa görüşlərə açıq olduğunu qeyd edib.

Tramp administrasiyası 21 aprelə qədər qüvvədə qalması gözlənilən atəşkəsdən əvvəl İran rəsmiləri ilə ikinci birbaşa görüş ehtimalını nəzərdən keçirir. CNN-ə danışan mənbələrin məlumatına görə, görüşün mümkün tarixi və məkanı ilə bağlı hazırlıqlar aparılır, lakin onun baş tutub-tutmayacağı hələ də qeyri-müəyyəndir.

Regional mənbələr bildirir ki, Türkiyə tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılmasında aktiv rol oynayır. Pakistan, Türkiyə, Misir və Oman da daxil olmaqla vasitəçilik səyləri çərçivəsində danışıqların yeni mərhələyə keçə biləcəyi istisna olunmur.

Məlumata görə, növbəti görüşlər üçün mümkün məkanlar arasında Cenevrə, İslamabad və İstanbul şəhərləri nəzərdən keçirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ