İtaliyanın Baş naziri Giorgia Meloni mövcud vəziyyəti nəzərə alaraq, İsrail ilə müdafiə müqaviləsinin avtomatik olaraq yenilənməsini dayandırdıqlarını açıqladı.
Turkustan.az xəbər verir ki, Veronada keçirilən ticarət sərgisinə baş çəkərkən jurnalistlərə açıqlama verən Baş nazir Meloni deyib: "Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə müdafiə müqaviləsinin avtomatik olaraq yenilənməsini dayandırmaq qərarına gəlib".
Meloni həmçinin ABŞ prezidenti Donald Trampın Vatikan dövlətinin başçısı Papa XIV Leo haqqında dediklərini "qəbuledilməz" hesab etdiyini bir daha təkrarladı.
Bu arada, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İtaliyanın müdafiə naziri Guido Crosetto İsrailli həmkarı İsrael Katza İtaliya-İsrail hərbi əməkdaşlıq müqaviləsini dayandıran məktub göndərib.
Aytən Yaşar/ Turkustan.az