NYT: Çin ABŞ–İsrail–İran müharibəsində daha aktiv rol alır


ABŞ kəşfiyyatının Çinin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə istifadə üçün İrana sursat göndərmiş ola biləcəyini və daha aktiv rol oynadığını göstərən məlumatlar əldə etdiyi iddia edilir.

Turkustan.az
xəbər verir ki, “The New York Times” (NYT) qəzetinin məlumatına görə, ABŞ kəşfiyyat orqanları Çinin ABŞ, İsrail və İran arasında müharibədə rolunu artırmış ola biləcəyini qiymətləndirir.
Adları çəkilməyən ABŞ rəsmiləri iddia ediblər ki, kəşfiyyat qiymətləndirmələri Çinin müəyyən şirkətlər vasitəsilə İrana hərbi istehsalda istifadə edilə biləcək kimyəvi maddələrin, yanacağın və komponentlərin göndərilməsinə göz yummaqla müharibədə gizli rol oynadığını göstərir.

Rəsmilər Çinin uzun müddətdir ki, İrana birbaşa hərbi texnika göndərməkdə ehtiyatlı olduğunu qeyd etsələr də, hökumət daxilində bəzi şəxslərin İran təhlükəsizlik qüvvələrinə birbaşa dəstək verilməsinin tərəfdarı olduğunu əlavə ediblər.

Rəsmilər iddia edirlər ki, Vaşinqton administrasiyası Çinin bu yaxınlarda İrana "MANPADS" kimi tanınan çiyin atışlı raketlər göndərə biləcəyinə dair kəşfiyyat məlumatları alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ