ABŞ Prezidenti Donald Tramp Tehran administrasiyasına razılıq əldə etmək üçün verdiyi 48 saatlıq müddəti 8 aprelədək uzatdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, sosial media hesabında etdiyi son paylaşımda İranın Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün açması ilə bağlı son tarixin sabahdan etibarən 8 aprelə qədər uzadıldığını bildirib.
Daha əvvəl İranı 48 saat ərzində boğazı açmayacağı təqdirdə hədələyən Tramp paylaşımında “Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00” ifadələrinə də yer verib.
İranla bağlı açıqlamalarında ritorikasını sərtləşdirən ABŞ prezidenti qeyd edib ki, İranda vurulan ABŞ təyyarəsindən sağ çıxan ikinci pilotun təhlükəsiz şəkildə xilas edilməsindən sonra bu qərar qəbul olunub.
Həmin gün səhər saatlarında paylaşım edən Tramp hərbi əməliyyatı “ABŞ tarixində ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından biri” adlandırıb və ikinci pilotun da xilas edildiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az