Dünya mediasında son günlər verilən xəbərlər əsasında elə rəy yaranır ki, sanki İran müharibədə daha üstün şərtlər diktə etməyə başlayıb. Xüsusilə Hörmüz boğazının bağlanması və enerji qiymətlərinin qalxmasından sonra informasiya axınında fərqli tendensiya müşahidə edilir. Əslində isə real faktlar başqa cürdür.
Bu sözləri Axar.az-a açıqlamasında güneyli fəal və siyasi müşahidəçi Əlirza Zamani deyib.
O bildirib ki, müharibənin bir ayının nəticələrinə görə İranın itkiləri heyrətamizdir:
“İranın ali dini rəhbəri, yüksək rütbəli hərbçiləri, komandirləri öldürülüb. Ölkədə nüfuzlu və məşhur simaların böyük əksəriyyəti artıq aradan götürülüb.
Digər tərəfdən, İranın raket buraxılış qurğuları qat-qat azalıb. Müharibənin ilk günü ilə hazırkı vəziyyəti müqayisə etsək, görərik ki, İran artıq növbəti hücum dalğasını elan edərkən, bir neçə raket ata bilir. Müharibənin ilk günlərində ərəb ölkələrinə və İsrailə 150-160 raket göndərirdi, indi bu hücum 80-90% azalıb.