Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat yayıb.
Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.
Onun müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində döyüşdüyü, əvvəllər dəfələrlə yaralandığı bildirilib. /bakivaxti.az/