75 yaşlı Məzahir Pənahov vəzifəsindən gedir?


Mərkəzi Seçki Komissiyası bu ay buraxılacaq.

Turkustan.az-ın məlumatına görə, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Bundan əvvəlki parlament seçkiləri növbədənkənar keçirilsə də, MSK-nın yeni tərkibi əvvəlki üzvlərinin səlahiyyət müddətinin 5-ci ilinin tamam olmasından sonra formalaşıb.

Beləliklə, MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel ayında formalaşacağı gözlənilir.

Qeyd edək ki, MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.

Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. Onun ötən ay 75 yaşı tamam olub.

Məzahir Pənahov 2000-ci ildən etibarən quruma rəhbərlik edir. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ