ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə fonunda NATO müttəfiqlərindən gözlənilən dəstək gəlmədi.
Turkustan.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News kanalına müsahibəsində bildirib.
Rubio NATO müttəfiqlərini ABŞ-ın çağırışlarına baxmayaraq Hörmüz boğazı bölgəsinə dəstək göndərmədiklərinə və ya hərbi bazalardan istifadəyə icazə vermədiklərinə görə tənqid edib. O bildirib: “Biz onlardan hava hücumları həyata keçirmələrini istəmirik. Amma bazalarından istifadə etməli olduğumuz zaman cavab ‘xeyr’ olur. Bəs belədirsə, niyə NATO-da qalırıq?”
Rubio əlavə edib ki, senator olduğu dövrdən bəri NATO-nun güclü müdafiəçisi olub, lakin hazırda Alyansın getdikcə birtərəfli münasibətə çevrildiyini düşünür.
Aytən Yaşar/ Turkustan.az