İsrailin baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə orduya göstəriş verib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, İsrail bir neçə cəbhədə əməliyyatlar aparır və Hizbullah, eləcə də HƏMAS kimi qruplara qarşı ciddi nəticələr əldə edib.Məlumata görə, İsrail ordusu Livanın cənubunda irəliləyərək strateji mövqeləri nəzarətə götürür. Məqsəd sərhəd təhlükəsini azaltmaq və mümkün hücumların qarşısını almaqdır.
İsrail tərəfi həmçinin Litani çayına qədər uzanan silahsızlaşdırılmış zona yaratmağı planlaşdırır. /konkret.az/