Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev 66 yaşında qəfil vəfat edib.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi yazılı açıqlamasında diplomatın bu gün qəfildən dünyasını dəyişdiyini bildirib.
Bəyanatda Darçiyevin görkəmli diplomat və təcrübəli administrator olduğu vurğulanıb. Qeyd edilib ki, o, yüksək peşəkarlığı və ABŞ üzrə dərin biliyi ilə seçilib, Rusiya xarici siyasətinin ən mühüm istiqamətlərindən birində xidmət edib.
Rusiya Xarici İşlər Nazirliyi mərhum diplomatın ailəsinə və yaxınlarına başsağlığı verib, onun xatirəsinin daim əziz tutulacağını bildirib.
Darçiyevin ölüm səbəbi ilə bağlı açıqlamada hər hansı məlumat verilməyib.
Aytən Yaşar/Turkustan.az