ABŞ–İran təmasları: müharibəni dayandırmaq üçün diplomatik siqnallar


ABŞ və İsrailin İrana qarşı hücumları fonunda, Tehran mənbələri Vaşinqtonun gizli kanallar vasitəsilə əlaqə qurmağa çalışdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, CNN-ə danışan anonim İran mənbəsinin sözlərinə görə, son günlər ABŞ və İran arasında birbaşa olmasa da, vasitəçilər üzərindən müəyyən təmaslar baş tutub. Mənbə bildirib ki, bu əlaqələr hələ rəsmi danışıqlar mərhələsinə keçməyib.

Eyni zamanda vurğulanıb ki, İran tərəfi müharibəyə son qoymaq məqsədilə irəli sürülən təklifləri dinləməyə açıqdır. Göndərilən mesajların əsas məqsədi isə tərəflər arasında mümkün razılaşmanın əldə olunub-olunmayacağını müəyyənləşdirməkdir.

Mənbənin sözlərinə görə, müzakirə edilən variantlar yalnız atəşkəs deyil, həm də ABŞ və İran arasında uzunmüddətli gərginliyə son qoyacaq daha geniş razılaşmanı əhatə edir.

İranın mövqeyinin dəyişmədiyini bildirən mənbə qeyd edib ki, Tehran “istənilən real və əsaslı təklifi” nəzərdən keçirməyə hazırdır. Bununla belə, ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı açıqlamalarına münasibət bildirilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ