DİPLOMATİK QALMAQAL: Bu ölkə İran səfirini QOVDU - Səfirlik bağlanır


Livan dövləti İranla diplomatik əlaqələrini dondurmaq barədə qərar qəbul edib.

Turkustan.az Livan televiziyasına istinadən xəbər verir ki, Tehranın Beyrutdakı səfirliyinin fəaliyyəti dayandırılır və diplomatik korpus ölkəni tərk edir.

Livan Xarici İşlər Nazirliyi tərəfindən "X" sosial şəbəkəsində yayılan rəsmi bəyanatda İranın səfiri Məhəmməd Rza Şeybani "persona non grata" (arzuolunmaz şəxs) elan edilib.

Sənəddə qeyd olunur ki, Livan dövləti Məhəmməd Rza Şeybaninin səfir kimi namizədliyinə verdiyi razılığı geri çağırır. Verilən rəsmi göstərişə əsasən, iranlı diplomat martın 29-dan gec olmayaraq Beyrutu tərk etməlidir.

Bundan əlavə, Beyrut administrasiyası Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Livan tərəfi bu kəskin addımların səbəbi kimi "Tehranın diplomatik normaları kobud şəkildə pozmasını" göstərib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ