Zaporojyeyə raket və dron hücumu: ölən və yaralananlar var


Gecə Rusiya Zaporojyeyə dronlar və ballistik raketlərlə hücum edib. İtkilərin sayı doqquza çatıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin Zaporojye vilayəti üzrə qurumu Telegram-da məlumat yayıb.

“İlkin məlumata görə, 32 yaşlı kişi ölüb. Daha 9 nəfər yaralanıb: 31, 39 və 69 yaşlarında üç qadın və 48-65 yaşlarında altı kişi. Onlara lazımi tibbi yardım göstərilir”, – deyə məlumatda bildirilir.

Xilasedicilər yanğın nəticəsində yaranan bütün ocaqları söndürüb, zərərçəkənləri müəyyən etmək və onlara yardım göstərmək üçün ərazini araşdırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ