Yaxın Şərqdəki hərbi gərginlik Türkiyənin enerji təchizatı təhlükəsizliyinə birbaşa təsir edəcək bir nöqtəyə çatıb.
Turkustan.az xəbər verir ki, İsrailin İranın nəhəng Cənubi Pars təbii qaz yatağına hücumundan sonra Tehran hökuməti Türkiyəyə qaz nəqlini tamamilə dayandırdı.
Türkiyə ötən il ümumi təbii qaz ehtiyacının təxminən 14 faizini İrandan ödəyib.
İrandan gələn pis xəbərlərdən sonra diqqət Türkiyənin digər təchizat xətlərinə yönəlib. Enerji administrasiyasına yaxın mənbələr hazırda təchizat böhranının olmadığını vurğulayırlar. Türkiyənin əsas təchizatçıları olan Rusiyadan (Türk Axını və Mavi Axın) və Azərbaycandan (TANAP) qaz axınının planlaşdırılan gücdə davam etdiyi bildirilib. Həmçinin qeyd edilib ki, Silivri və Duz Gölü yeraltı təbii qaz anbarlarında doluluq nisbəti qısa və orta müddətli fasilələrə dözə biləcək səviyyədədir.
İranın bu addımı yalnız Türkiyə ilə məhdudlaşmır. İsrailin enerji infrastrukturunu hədəf alan əməliyyatlarından sonra Tehran administrasiyası daxili tələbatı tarazlaşdırmaq və strateji ehtiyatlarını qorumaq üçün İraqa təbii qaz ixracını bu yaxınlarda sakitcə dayandırdı.
Aytən Yaşar/ Turkustan.az