ABŞ prezidenti Donald Trampın 9 apreldə özünün və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara son qoymağı hədəflədiyi iddia edilib.
Turkustan.az xəbər verir ki, "Yedioth Ahronot" qəzetinə danışan bir İsrail rəsmisi iddia edib ki, son iki gündə İranla "Yaxın Şərqdəki hərbi əməliyyatların həlli üçün çox məhsuldar danışıqlar" elan edən Tramp hücumları təxminən 21 gün ərzində dayandırmağı hədəfləyir.
Rəsmi şəxs İran və ABŞ arasında danışıqların bu həftə Pakistanda keçirilməsinin gözlənildiyini bildirib və Vaşinqton administrasiyasının İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafla əlaqə saxladığını iddia edib.
Qəzetə danışan rəsmi həmçinin bildirib ki, ABŞ bu proses barədə Təl-Əvivə məlumat verməyib.
Aytən Yaşar/ Turkustan.az