Modi Trampla danışdı: Hörmüz boğazının açıq qalması qlobal əhəmiyyət daşıyır


Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla telefon danışığında Hörmüz boğazının açıq, təhlükəsiz və əlçatan saxlanılmasının bütün dünya üçün vacib olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Modi ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında Trampla telefon danışığı ilə bağlı açıqlama verib.

Modi bildirib ki, o, "Trampla Qərbi Asiyadakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparıb" və Hindistanın bölgədə gərginliyin azaldılmasını və sülhün tezliklə bərpa olunmasını dəstəklədiyini qeyd edib.

ABŞ-ın Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi və Yeni Dehli səfiri Sergio Gor da X şirkətinin sosial media hesabında Tramp-Modi görüşü ilə bağlı açıqlama verib.

Qor bildirib ki, görüşdə Yaxın Şərqdəki mövcud vəziyyət, o cümlədən Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ