İran mənşəli dron hücumu: Bəhreyndə şirkət obyektində yanğın


Bəhreyn Daxili İşlər Nazirliyi İrandan həyata keçirilən dron hücumu nəticəsində bir şirkət obyektində yanğın baş verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nazirliyin yazılı bəyanatında bildirilib ki, hadisə yerinə cəlb olunan mülki müdafiə qrupları yanğını qısa müddətdə nəzarət altına alaraq söndürüblər.

Pilotsuz uçuş aparatının hücum etdiyi şəhər və hadisənin digər detalları hələlik açıqlanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ