Müharibə davam edərkən Çindən İsrailə qarşı diqqətçəkən addım


Çin vətəndaşlarına İsraili tərk etməyə çağırış edib.

Turkustan.az xəbər verir ki, Çin Yaxın Şərqdə davam edən münaqişə fonunda artan təhlükəsizlik riskləri səbəbindən İsraildə yaşayan vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Çinin Təl-Əvivdəki səfirliyi bildirib ki, İsrailə qarşı həyata keçirilən dron hücumlarının miqyası, tezliyi və intensivliyi artıb, bu isə insan və əmlak itkisinə səbəb olur. Təhlükəsizlik xəbərdarlığında qeyd olunub ki, hücumlardan zərər çəkənlərin sayının artmasının səbəblərindən biri də bəzi şəxslərin sığınacaqlara vaxtında çata bilməməsidir.

Bəyanatda vətəndaşlara ölkəni tərk etmələri tövsiyə olunmaqla yanaşı, hava limanları, limanlar, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər strateji infrastruktur obyektləri və həssas hərbi ərazilərdən uzaq durmaları tapşırılıb.

Həmçinin bildirilib ki, Çin hökuməti Misirlə sərhəddə yerləşən Taba Sərhəd Keçid Məntəqəsi vasitəsilə ölkəni tərk etmək istəyən vətəndaşların təxliyəsini təşkil edəcək.

Qeyd edək ki, ilkin hücumlardan sonra Çin hökuməti İranda olan vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq etsə da, İsraildə yaşayan vətəndaşlara yalnız riskli ərazilərdən uzaq durmaq tövsiyə olunmuşdu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ