İsrail ordusu 28 fevraldan bəri ABŞ ilə birgə hücumlar çərçivəsində İranda 3000-dən çox hədəfə zərbə endirdiyini iddia edir.
Turkustan.az xəbər verir ki, İsrail ordusu yazılı açıqlamasında Tehran rejiminə məxsus hədəflərə hücumların davam etdiyini bildirib.
Bəyanatda iddia edilir ki, İsrail döyüş təyyarələri ABŞ ilə əməkdaşlıq çərçivəsində 28 fevralda başlayan və 3000-dən çox nöqtəni hədəf alan hücumlar həyata keçirib.
Digər tərəfdən, dünən yayımlanan açıqlamada İranın qərbi və mərkəzi hissələrinə, eləcə də paytaxt Tehrana qarşı "genişmiqyaslı hava hücumları"nın həyata keçirildiyi bildirilir və 50-dən çox hədəfin vurulduğu iddia edilir.
Dünən vurulan hədəflər arasında İran İnqilab Keşikçiləri Korpusuna məxsus iki kəşfiyyat komandanlıq qərargahı və Kəşfiyyat Nazirliyinə məxsus bir komandanlıq mərkəzi, eləcə də silah və ballistik raket anbarları və hava hücumundan müdafiə sistemləri olduğu iddia edilir.
Aytən Yaşar/ Turkustan.az