Netanyahunun kabusu! Dəmir günbəz deşildi, raket hədəfə çatdı


ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik 28 fevral səhəri İsrailin ABŞ ilə birlikdə İrana hücum etməsi ilə yeni səviyyəyə çatdı.

Turkustan.az xəbər verir ki, sonradan başlayan toqquşmalar artıq 25 gündür davam edir.

İsrail ordusu yazılı açıqlamasında Tehran rejiminə məxsus hədəfləri vurmağa davam etdiyini bildirir. İsrail İranın hərbi və strateji obyektlərini hədəf alır. Buna cavab olaraq, İran gecə boyu müxtəlif bölgələrə, xüsusən də Təl-Əvivə raket hücumları həyata keçirərək İsrailə qarşı əməliyyatlarını davam etdirir.

İrandan atılan raket İsrailin Dəmir Günbəz hava hücumundan müdafiə sistemini keçərək hədəfə çatıb. CNN Türk raketin düşdüyü nöqtəni lentə alıb; görüntülərdə zərbə bölgəsində böyük bir krater görünür.

Eyni zamanda, ABŞ və İran arasında gərginlik hava məkanında da yeni bir ölçü qazanıb. Vaşinqton administrasiyası İranın müdafiə obyektlərini hədəf alan bombardmanları artırdığı bir vaxtda, Tehran hərbi balansla bağlı müzakirələri yenidən alovlandırıb.

Daily Mail-in xəbərinə görə, İran ordusu bir neçə gün əvvəl ABŞ-ın ən qabaqcıl döyüş təyyarələrindən biri olan F-35 Lightning II gizli qırıcı təyyarəsini zenit artilleriya atəşi ilə vurduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ