Ərdoğandan İranla bağlı mesaj: Bunu etməkdə qərarlıyıq!


Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran münaqişəsinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Prezident Kabinetinin iclası başa çatıb. Prezident Kompleksində keçirilən görüş təxminən 2 saat 45 dəqiqə davam edib. Görüşdən sonra Ərdoğan mediaya müraciət edərək açıqlamalar verib.

Nazirlər Kabinetinin iclasından sonra Ərdoğan ABŞ, İsrail və İran arasında baş verən münaqişəyə dərhal son qoyulmasına çağırıb. Türkiyənin bu qarşıdurmadan kənarda qalacağını vurğulayan Ərdoğan bildirib: “Ölkəmizi bu atəş dairəsindən uzaq tutmaq əzmindəyik, təxribatlara uymayacağıq. Tariximizin heç bir dövründə tələyə düşməmişik və ya aldanmamışıq. Bir daha belə etməyəcəyik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ