“Euronews” Azərbaycan paxlavasından reportaj hazırladı - VİDEO


“Euronews” telekanalında Azərbaycanın milli mətbəxində özünməxus yeri olan paxlava ilə bağlı reportaj yayımlanıb.

Turkustan.az-ın məlumatına görə, süjetdə qeyd olunur ki, paxlava Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı kulinariya ənənələrinin parlaq nümunələrindən biridir və xüsusilə Novruz bayramı ilə sıx bağlıdır. Bildirilir ki, bu şirniyyat bayram süfrələrinin bəzəyi olmaqla yanaşı, həm də nəsildən-nəslə ötürülən mədəni irsin bir hissəsidir.

Reportajda vurğulanır ki, Azərbaycanın müxtəlif bölgələrində paxlava fərqli üsullarla hazırlanır və hər region özünəməxsus dad xüsusiyyətlərini qoruyub saxlayır.

Süjetdə ekspert qismində çıxış edən Ehtiram Fərzəlibəyov isə xarici auditoriyaya paxlavanın hazırlanma mərhələləri barədə ətraflı məlumat verib.

Qida üzrə mütəxəssislər bildiriblər ki, Azərbaycan paxlavası dadlı şirniyyat, həm də xalqın zəngin mədəni müxtəlifliyini və kulinariya irsini özündə əks etdirən simvolik dəyərə malikdir.

/modern.az/


MANŞET XƏBƏRLƏRİ