Əraqçi: Neftin qiyməti artmağa davam edəcək


İranın xarici işlər naziri Abbas Əraqçi neft qiymətlərinin artmaqda davam edəcəyini bildirib və bunun məsuliyyətini ABŞ və İsrailin üzərinə qoyub.

Turkustan.az xəbər verir ki, Əraqçi Tehranda keçirilən Qüds Günü yürüşündə iştirak edərkən jurnalistlərə açıqlama verib. O qeyd edib ki, hazırda neft qiymətləri artıq kifayət qədər yüksək səviyyədədir.

Nazirin sözlərinə görə, ABŞ və İsrailin bölgədə həyata keçirdiyi siyasət fonunda qiymətlərin gələcəkdə də artmağa davam edəcəyi ehtimalı yüksəkdir.

“ABŞ və İsrailin bölgədəki siyasətini nəzərə alsaq, neft qiymətlərinin bundan sonra da yüksəlməsi ehtimalı böyükdür”, – deyə Əraqçi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ