Zelenski Körfəz ölkələrinə üç tam təchiz olunmuş komanda göndərdi


Ukrayna mediasının məlumatına görə, Zelenski sosial media hesabı vasitəsilə jurnalistlərin Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Zelenski bildirib ki, İranın Şahid dronları ilə mübarizə aparmaq üçün Körfəz ölkələrinə ukraynalı mütəxəssislərdən ibarət qruplar göndərilib və əlavə edib: "Yaxın Şərqdəki vəziyyətlə bağlı olaraq, üç peşəkar, tam təchiz olunmuş komanda göndərdik. Müqavilələrimiz çərçivəsində onları göndərdiyimiz ilk üç ölkə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır".

Ölkəsində davam edən müharibəyə toxunan Zelenski Rusiyadakı hədəflərə hücumlarını davam etdirdiklərini bildirib.

Zelenski Rusiyanın Bryansk bölgəsində raketlər üçün vacib komponentlər istehsal edən bir fabrikə hücum etdiklərini bildirərək, "Bu fabrik bütün növ Rusiya raketləri üçün idarəetmə sistemləri istehsal edirdi" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ