ABŞ İsrailə 12 min ədəd aviasiya bombası satır


ABŞ Dövlət Departamenti İsrailə 12 min ədəd BLU-110 1000 funtluq (təxminən 454 kq) aviasiya bombası satmaq üçün müqavilənin təsdiqləndiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, açıqlamada müqavilənin dəyərinin 151,8 milyon dollar olduğu bildirilib.

Müqaviləyə həmçinin ABŞ podratçılarının mühəndislik, logistika və texniki xidmətləri də daxildir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ